İsrail rejimi Suriyada terrorçulara silah verdiyini təsdiq etdi
İsrail rejiminin ordusunun yüksək səalhiyyətli rəsmiləri jurnalistlərə verdikləri brifinqdə, Suriyanın prezidenti Bəşər Əsədi devirməyə çalışan yaraqlılara hərbi dəstək verdiklərini nəhayət rəsmən təsdiqləyiblər.
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, İsrail rejiminin hökumət yönümlü “Jerusalem Post” qəzetinin saytında dünən axşam saatlarında “Ordu təsdiq etdi: İsrail rejimi suriyalı üsyançılara silah verib” başlıqlı xəbər gedib. Ancaq İsrail rejiminin digər qəzetləri heç bir formada xəbəri vermədiyi üçün “Jerusalem Post” bir müddətdən sonra xəbəri saytdan çıxardı. Lakin Ben Norton kimi jurnalistlər xəbərin saytdan fotosunu çəkib və silinmədən sonra məzmununu sosial şəbəkədən paylaşıblar. “Jerusalem Post”un yazarı Anna Ahronheim yazdığı xəbərin altbaşlığında da, B.Əsədin davamlı olaraq İsrail rejimini terror təşkilatlarına silah verməkdə ittiham etdiyini və ələ keçirilən ibricə yazılmış silahlarla sursatların görüntülərini dərc etdiyini xatırladıb: “İsrail rejiminin ordusu Qolan təpələrindəki yaraqlılara böyük miqdarda nağd pul, silah və hərbi texnika verdiyini ilk dəfə qəbul etdi. Suriya vətəndaş müharibəsinə müdaxilə etmədiyi açıqlamalarını davam etdirən İsrail rejiminin ordusu, bazar ertəsi günü keçirdiyi brifinqdə, “Yaxşı qonşu əməliyyatı” çərçivəsində sərhədlərə yaxın suriyalı üsyançılara mütəmadi olaraq yüngül silah və sursat ilə əlavə silah almaq üçün böyük məbləğdə nağd pul verdiyini təsdiq etdi”. Bundan əvvəl İsrail rejiminin 1967-cı ildə işğal etdiyi Suriyaya məxsus Qolan təpələrində Nusra Cəbhəsilə əlaqəli yaraqlılara hərbi dəstək verdiyinə dair xəbərlər manşetə çıxmışdı. Qəzet İsrail rejiminin Qolan təpələrində ən azı 7 qrupu silahlandırdğını, bunlardan biri 400 nəfərlik Liva Fursan Əl-Colana ayda 5000 dollar verdiyini qeyd edib. Xəbərdə Liva Fursan Əl-Colanın sözçüsünün 2017-ci ilin yanvar ayında Wall Street Journal-a müsahibəsində belə dediyi xatırladılıb: “İsrail rejimi qəhrəmancasına bizim yanımızda dayandı. İsrail rejiminin köməyi olmasaydı, həyatda qala bilməzdik”. Bundan başqa, ABŞ, Səudiyyə rejimi və Qətərin silahlandırdığı Liva Fursan Əl-Colanın üzvləri Nusra Cəbhəsinə qoşulanda MKİ-dən aldığı maliyyə yardımları 2014-cü ildə kəsilmişdi. Bu yay Suriya hökumət qüvvələri Qolanın Suriya tərəfini yaraqlılardan təmizləyəndə, Fursan Əl-Colan daxil olmaqla terrorçu qrupların liderlərinin İsrail rejiminə qaçmağa məcbur qaldığı Türkiyə mətbuatında işıqlandırıldı. Oxşar xəbərlər
|