Ayətullah Xamenei: İran, Rusiya və Türkiyənin sanksiyalarla üzləşməsi əməkdaşlığın inkişafı üçün müştərək nöqtədir - FOTO
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün İranda səfərdə olan Rusiya prezidenti Vladimir Putini qəbul edib.
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, görüşdə Ayətullah Xamenei Tehranda keçirilən üçtərəfli zirvə toplantısının səmərəli olacağına ümidvar olduğunu bildirib və qeyd edib ki, İran və Rusiya arasında Suriya məsələsindəki əməkdaşlıq əlaqələrin inkişafı üçün yaxşı təcrübədir. Ayətullah Xamenei əlaqələrin beynəlxalq məsələlərdə də artırılmasının zəruriliyini vurğulayıb. “İki ölkənin əməkadşlıq edə biləcəyi sahələrdən biri ABŞ-ın qarşısının alınmasıdır. Ona görə ki, ABŞ bəşəriyyət üçün təhlükədir və onun dayandırılması imkanı mövcuddur.” Ayətullah Xamenei Suriyadakı hadisələri ABŞ-ın qarşısının alınması üçün uğurlu nümunə kimi göstərib. Ayətullah Xamenei ABŞ-ın Misir və Tunisdəki asılı hökumətlərin devrilməsindən sonra Suriyada həyata keçirmək istədiyi məqsədlərdən danışıb. “ABŞ ərəb ölkələrində o dövrdə yaranmış durumdan istifadə edərək Misir və Tunisdə aldığı zərbəni, Suriyada müqavimət hərakatını dəstəkləyən hökuməti devirməklə kompensasiya etmək istəyirdi, lakin indi bütövlükdə məğlub olub.” Ali Rəhbər İran, Rusiya və Türkiyənin ABŞ tərəfindən sanksiyalarla üzləşməsini əməkdaşlığın inkişaf etdirilməsi üçün çox güclü müştərək nöqtə olduğunu bildirib. “İran və Rusiya siyasi və iqtisadi əməkdaşlığını inkişaf etdirməklə yanaşı Tehran görüşündə əldə olunan razılıqları ciddi şəkildə icra etməlidirlər.” Ayətullah Xamenei nüvə proqramı üzrə imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planına (HBFP) dair Rusiyanın mövqeyini alqışlayıb və bildirib ki, İslam Respublikası bununla bağlı ölkə və xalqın mənafeyinə uyğun mövqe sərgiləyəcək. Ayətullah Xamenei Rusiyanın regiondakı digər məsələlərlə bağlı da siyasi rol oynaması üçün şəraitin mövcud olduğunu bidlirib və Yəmən xalqının acınacaqlı durumu və Səudiyyə Ərəbistanı tərəfindən bu xalqın qətliam edilməsini xatırladıb. “Səudiyyə Ərəbistanı Yəməndə heç bir uğur qazana bilməyəcək, Yəmənin müqavimət göstərən xalqını diz çökdürə bilməyəcək.” Oxşar xəbərlər
|