İraqda mərcəiyyət Bəsrədəki zorakılığın dayandırılmasını istədi
İraqın böyük mərcəyi-təqlid alimi Ayətullah Seyid Əli Hüseyni Sistaninin nümayəndəsi Şeyx Əbdülmehdi Əl-Kərbəlayi Bəsrədəki son etirazlar vaxtı edilən zorakılıq aktlarını pisləyib və bunun dərhal dayandırılmasını tələb edib.
Deyerler.org Al-Kafeel-ə istinadən xəbər verir ki, Şeyx Əbdülmehdi Əl-Kərbəlayi dünənki (7 sentyabr) cümə xütbəsində, dinc nümayişçilərə hücum edib, öldürməyin, eləcə də təhlükəsizlik qüvvələrinin də hədəfə alınmasının, dövlətə və millətə aid obyektlərə hücumların və talanların yolverilməz olduğunu qeyd edərək, pisləyib. “Bu böhranın davam etməsi İraqı xarici müdaxiləyə və regional münaqişələrə və rəqabətə sürükləyəcək və buna görə də, bu problem ən qısa vaxtda həll olunmalıdır”, - deyə o bildirib. Ayətullah Sistaninin nümayəndəsi yeni bir hökumətin qurulmasının da sürətləndirilməsini istəyib. O, yeni hökumətin əvvəlki hökumətlərdən tamamilə fərqli olması və ölkəni idarə etməsi və böhranı həll etməsi üçün kamal, dürüstlük, cəsarət, qətiyyət və problemlərin həllində iradəsini ortaya qoymalı olduğunu bildirib. Digər tərəfdən, İraqdakı İslami müqavimət qrupları, son vaxtlar baş verən narahatlıq və etirazçıların Bəsrə meriya binası və bəzi tərəflərin qərargahlarının yandırılması hərəkətlərindən sonra baş nazirdən mümkün olan ən qısa vaxtda istefa verməsini istəyiblər. Bəsrə vilayətindəki nümayişlərdə ən azı 10 nəfər həlak olub, 100-dən çox nümayişçi yaralanıb. Oxşar xəbərlər
|