Gürcüstanda niqab və çadra qadağası-Təklif
Mьəllif: admin1
Tarix: 8-09-2018, 23:05
Bцlmə: Xəbərlər
Gürcüstanda niqab və çadra qadağası-Təklif
Gürcüstanda ictimai yerlərdə niqab və çadranın qadağan olunması təklif edilir.

Bununla bağlı Gürcüstan parlamentinin Vətənpərvərlər Alyansı Partiyasının deputatı Emzar Kvitsiani İnzibati Xətalar Məcəlləsinə düzəlişlər layihəsi hazırlayıb.

Layihəyə əsasən, meydan, park, bütün ictimai nəqliyyat növlərində və digər ictimai yerlərdə niqab və çadradan istifadəyə 500 lari (190 dollar) məbləğində cərimənin tətbiq olunması nəzərdə tutulub. Niqab və çadradan təkrar istifadəyə isə 1500 lari (572 dollar) məbləğində cərimə tətbiq oluna bilər.

Üzü bağlayan geyimlərə qadağa Gürcüstanda akkreditasiya olunmuş diplomatik korpusların əməkdaşlarına şamil olunmayacaq.

Sənəddə qeyd olunub ki, düzəlişlərin hazırlanması son illər Gürcüstana gələn turistlərin sayının artması ilə bağlıdır: “Üzü bağlayan geyimlər şəxsin identifikasiyasına imkan vermir və bu da terrorizm təhlükəsi yaradır”.

Qeyd edək ki, bəzi Avropa ölkələrində niqab və çadraya artıq qadağa qoyulub.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031