Ayətullah Xamenei başsağlığı verib
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei dəyərli alim mərhum Höccətül-İslam Hacı Şeyx Murtaza Əşrəfi Şahrudinin vəfatı münasibətilə başsağlığı verib.
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir: "Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Dəyərli alim mərhum höccətül-islam Hacı Şeyx Murtaza Əşrəfi Şahrudinin vəfatı münasibətilə yaxınlarına, onun qardaşına, şagirdlərinə və Şahrud şəhərinin mömin xalqına başsağlığı deyirəm. Uca Yaradandan onun üçün ən yüksək dərəcələri verməsini diləyirəm!" Qeyd edək ki, Höccətül-İslam Hacı Şeyx Murtaza Əşrəfi Şahrudi sentyabr ayının 12-də 85 yaşında vəfat edib. Oxşar xəbərlər
|