Hindistanın baş naziri İmam Hüseynin (ə) əza mərasiminə qatıldı
Məhərrəm ayının gəlişi münasibətilə dünyanın hər yerində olduğu kimi, Hindistanda da İmam Hüseyn (ə) və 72 şühəda üçün matəm məclisləri keçirilir.
Deyerler.org Mehrə istinadən xəbər verir ki, Hindistanın baş naziri Narendra Modi İmam Hüseyn (ə) üçün Hindistandakı bir məsciddə keçirilən matəm mərasiminə qatılıb. Narendra Modi Hindistanın Madhya Pardeş əyalətinin İndore şəhərində Həzrət İmam Hüseynin (ə) şəhadəti münasibətilə Saifee məscidində təşkil olunan matəm mərasimində iştirak edərək, xalqla birlikdə İmam Hüseyn (ə) və 72 yavəri üçün əza saxlayıb. Xatırladaq ki, Hindistanın baş naziri Narendra Modi sentyabrın 14-ü Tvitterdərn bu mesajı paylaşmışdı: “İmam Hüseyn (ə) ədalətsizliyə boyun əyməmək üçün öz canından keçdi. O, sülh və ədaləti bərqərar və bərpa etmək üçün sarsılmaz idi. Onun təlimləri yüzillər öncə necə aktual idisə, bu gün də aktualdır”. Oxşar xəbərlər
|