Aşura günü Kərbəlanı 60 min təhlükəsizlik qüvvəsi qoruyacaq
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Məhərrəm ayı əzadarlığı günlərində İraqın Kərbəla şəhərində 60 min təhlükəsizlik qüvvəsi xidmət göstərir.
Dünən, həftənin ikinci günü, 18 Sentyabr 2018-ci il, “Rafidin” əməliyyat komandiri Əli ibn İbrahim Dəbun elan edib: Məhərrəm ayının əzadarlığı günlərində Kərbəla şəhərinə təhlükəsizlik qüvvələri yerləşdirilib. Aşura gecəsi İmam Hüseynə (ə) əza saxlayan zəvvarları təhlükəsizliyini 60 min təhlükəsizlik qüvvəsi təmin edəcəkdir. O əlavə edib: Təhlükəsizlik qüvvələri ümumu toplantıları, AŞURA əzadarlıqları keçirilən yerləri, əzadarlıq məclislərini, mukəbləri, heyətləri, hüseyniyyələri və zəvvarların yollarını nəzarətdə saxlayacaqlar. “Rafidin” əməliyyat komandiri Əli ibn İbrahim Dəbun əlavə etdi: Təhlükəsizlik tədbirləri cari həftənin şənbə gününə qədər davam edəcəkdir. Oxşar xəbərlər
|