Ayətullah Xamenei: "Bu cinayət ABŞ-ın regiondakı əlaltılarının çirkli planlarının davamıdır"
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Iran Əhvaz şəhərində baş vermiş terror aktında şəhid olanların ailələrinə başsağlığı verib.
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir: “Əhvazda baş verən acı və təssüfləndirici hadisə və əziz vətəndaşlarımızın muzdur terrorçular tərəfindən şəhid edilməsi bir daha İran düşmənlərinin xəbisliyini aşkar göstərdi. Günahsız insanlara, uşaq və qadınlara atəş açan, qəlbəri kinlə dolu olan bu muzdurlar davamlı olaraq insan haqlarından dəm vuran yalançı və riyakar qüvvələrə bağlıdır. Onların kinli qəlbləri milli güc nümayişi olan Silahlı Qüvvələrin paradına dözə bilmir. Bunların cinayətləri ABŞ-ın regionda əlaltısı olan dövlətlərin çirkli planlarıdır. Onların məqsədi ölkədə sabitiliyi pozmaqdır. İran xalqı öz şərəfli və fəxarətli yolunu davam etdirəcək. Keçmişdə olduğu kimi bütün düşmənlərə qalib gələcək. Mən bu hadisədə şəhid olan əziz ailələrlə dərin hüznlə başsağlığı verirəm. Allahdan onlar üçün səbr və şəhidlər üçün ən yüksək dərəcələri verməsini diləyirəm. Məsul təhlükəsizlik qurumlar bu cinayətkarların davamçılarını tapmaq üçün daha çox diqqət və sürətlə iş aparsın və onları həbs edərək ölkə məhkəməsinə təslim etsin.” Oxşar xəbərlər
|