Hicab İngiltərədə məktəbli formasının bir hissəsi olacaq
![]() Deyerler.org Golosislama saytına istinadən xəbər verir ki, Böyük Britaniyanın şimal-qərbindəki Lankaşir şəhərindəki Ser Con Sersbi adlı bir tədris müəssisəsinin rəhbərliyi müsəlman şagirdlərin tez-tez məktəb forması ilə uyğun olmayan narahat şallarla dərslərdə iştirak etdiklərinə diqqət yetirərək, belə fikirlə çıxış edib. Məktəb rəhbərliyinə bütün şagirdlər üçün hicablı forma hazırlamaq təklifi gəldikdən sonra, müdiriyyət şagirdlərin və onların valideynlərinin fikirlərini və istəklərini toplamağa başlayıb. Məktəb rəhbərliyi bunu hicablı məktəbli formasının hazırlanmasında bütün nüansların nəzərdən qaçmaması üçün etdiyini qeyd edib. Oxşar xəbərlər
|