ABŞ koalisiyası Əl-Həşduş Şəbinin bazasını bombaladı
İraqın Ənbar vilayətinin qərb cəbhəsindəki Əl-Həşduş Şəbi hərəkatının komandiri Qasım Muslih ABŞ koalisiyası və müttəfiqlərinin Əl-Qaim rayonunda Əl-Həşduş Şəbinin bazalarından birini bombaladığını qeyd edib.
Deyerler.org Təsnimə istinadən xəbər verir ki, Qasım Muslih ABŞ koalisiyasının tərkibindəki Danimarka qüvvələrinin Əl-Həşduş Şəbinin Əl-Qaimdəki bazalarından birini 8 ədəd top mərmisi ilə hədəfə aldığını, bu mərmilərin Əl-Həşduş Şəbi Əməliyyat Komandanlığının bazalarından birinin yaxınlığına düşdüyünü bildirib. Muslih bundan başqa, dünən (23 sentyabr) axşam saat 20:00 radələrində Əl-Həşduş Şəbinin Əl-Qaim rayonunun Sadə bölgəsindəki bazasına Danimarka qüvvələrinin artilleriyadan zərbələr endirdiyini bildirib. Əl-Həşduş Şəbinin komandiri bu hücumu Əl-Həşduş Şəbi qüvvələrinə qarşı xarici qüvvələrin qəsdən təşkil etdiyi bir hücum kimi qəbul etdiklərini deyib. Oxşar xəbərlər
|