Ali dini rəhbər Əhvazda baş verən terrorla bağlı 3 ölkənin adını çəkdi
Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei müdafiəsiz insanlara hücum etməyin qorxaqların işi olduğunu bildirərək, Əhvazdakı ağrılı hadisəni törədənlərdən güclü əvəz alınacağını qeyd edib.
Deyerler.org Mehrə istinadən xəbər verir ki, Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei bu gün (24 sentyabr) İndoneziya 2018 Asiya Oyunlarında medal qazanan bir qrup idmançını qəbul etdiyi görüşdə, şənbə günü Əhvazda həyata keçirilən terror hücumundan danışıb: “Hesabatlara görə, bu qorxaqcasına hücumu təşkil edənlər Suriya və İraqda qapana qısılanda Amerikanın yardımlarına qaçmış və Səudiyyə rejimi ilə BƏƏ tərəfindən maliyyələşdirilmiş şəxslərdir. Şiddətlə cəzalandırılacaqlar!” Ali dini rəhbər bu mənfur hadisənin bir daha İran millətinin iftixarlı tərəqqi və inkişaf yolunda bir çox düşmənlərinin olduğunu ortaya çıxardığını vurğulayıb. Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei, həmçinin sionist rejimin nümayəndələri ilə mübarizə etməyə qarşı çıxmağın səbəblərini də açıqlayıb: "İslam Respublikası inqilabın əvvəlindən etibarən, sionist rejim və Cənubi Afrika irqçi rejimini tanımadı, ancaq Cənubi Afrikadakı irqçi rejim devrildi və qəsbkar, yalançı və irqçi sionist rejim də devriləcək, inşəallah”. Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei İranın qəsbkar rejimin nümayəndələri ilə yarışmada iştirak etməyəcəyini və keçən il Əlirza Kəriminin etdiyi kimi, bu işin əsil çempionluq olduğuna inandığını qeyd edib. Ali dini rəhbər çıxışının davamında, iranlı qadın və kişi idmançıların dünya yarışlarında medal qazanmalarının azad millətləri sevindirdiyi kimi, imperializm cəbhəsini qəzəbləndirdiyini xatırladaraq, belə deyib: “İmperialistlər İran millətinin qələbələrindən qəzəblənir. Bu səbəblə iranlı idmançıların qələbəsi əslində millətin qələbəsidir və İran düşmənlərinin geniş cəbhəsinin məğlubiyyəti deməkdir”. Ali dini rəhbər iranlı idmançıların bəzi xarici mərkəzlər tərəfindən təhdid edilmələrinə toxunaraq, bildirib ki, imperializmin normalarına əməl etmək qürur mənbəyi deyil, təhdidlər, yanlış və təkid normalarına təslim olmaq lazım deyil. Oxşar xəbərlər
|