BMT-dən həyəcan təbili: Yəmənlilər aclıqdan yarpaq yeyirlər
İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, aclıqdan əziyyət çəkən Yəmən sakinləri yarpaq yemək məcburiyyətindədirlər.
Bunu BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında çıxış edən BMT Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım üzrə koordinatoru Mark Loukok bildirib. Onun sözlərinə görə, hazırda Yəməndəki vəziyyət ağır olaraq qalmaqdadır. Yaxın həftələrdə bu ölkədə aclıqdan əziyyət çəkənlərin sayı təxminən 1,5 dəfə artaraq 11,5 milyon nəfərə çata bilər. “Biz insanların başqa yeməklərinin olmadığı üçün yarpaq yediyinin şahidiyik”, - deyə Loukok qeyd edib. Onun sözlərinə görə, Yəməndəki vəziyyətin kəskin pisləşməsinin səbəbi ötən ay Yəmən rialının 30% dəyər itirməsi olub. Oxşar xəbərlər
|