Ali dini rəhbər: “Müxtəlif sahələrdə mücahidə qapısı açıqdır”
Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei müxtəlif sahələrdə mücahidə qapısının açıq olduğunu və cihadın zirvəsinin şəhadət mərtəbəsi olduğunu bildirib.
Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei müqəddəs müdafiə həftəsi münasibətilə yaydığı bəyanatında, belə qeyd edib: “Keçən hər gün İslam nizamında yeni üfüqlər müəyyən olunur və bu şərəfli yolun eniş və yoxuşları daha aydın görünməyə başlanır və şəhidlərin canlarını vermələrinin dəyəri daha da aydın olur”. Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei şəhidlərin qanları ilə bu əzəmətli və möhkəm quruluşun əsaslarını möhkəmləndirdiklərini və kiçik bir fidanı köklü bir ağaca çevirdiklərini söyləyib: “Müxtəlif sahələrdə mücahidə qapısı açıqdır və cihadın zirvəsi şəhadət mərtəbəsidir. Şəhidlərə hörmət və səbrli ailələri qarşısında əyilmək bizim bugünkü və həmişəki vəzifəmizdir”. Oxşar xəbərlər
|