74 yaşlı qoca nənə Quranı əzbərlədi
74 yaşlı savadsız qoca nənə Quranı əzbərlədiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İordaniyalı qoca nənə Nurə Varidat qoca və savadsız olmasına rəğmən 74 yaşında uşaqlıq arzusuna çataraq bütün Quranı əzbərləyə bilib.
Nurə nənə deyib: Ümidsizliyin həyatda yeri yoxdur. Ümidsizliklə yaşamaq olmaz. Mən 60 illik arzumu indi (74 yaş) həyata keçirə bildim. Quranı əzbərləyərkən üzləşdiyi çətinliklərdən danışan Nurə nənə vurğulayıb: Mən bu yolda bütün gücümdən istifadə etdim və hər günü Quranı əzbərləmək üçün çalışmaqla başa vurdum. İordaniyalı Nurə nənə Qurani-Kərimi ilk dəfə 16 il öncə 58 yaşında ikən Ərbəd əyalətinin "Ümravə" şəhərinin Qurani-Kərimin təlimi mərkəzində hifz etməyə başlayıb. Nurə nənənin müəlliməsi Nüamə Fəvvaz deyir: Nurə xanım yazıb-oxumaq bacarmasa da Quranı əzbərləmək üçün israrlı idi. Onun hamını təəccübləndirən israrı və gözlərindəki eşq parıltısı onun daxili güc, iradə və qüdrətindən xəbər verirdi. Və bu məsələ məni Quranı əzbərləmək üçün ona kömək etməyə sövq etdi. Oxşar xəbərlər
|