Ali dini rəhbər: “İslami əsərlərin dağıdılmasının qarşısı alınmalıdır!”
Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei həcc mərasimində İslam ümmətinin bir-biri ilə ünsiyyətdə olduğunu bildirərək, İranın digər İslam ölkələri ilə əlaqələrinin güclənməsi və digər İslami qruplarla qardaşlığın baş verməsi üçün İslam inqilabının siyasi mesajlarının çatdırılmasını istəyib.
Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, həcc mərasiminin təşkilatçılarını qəbul edən Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei, Allahu Təalanın müsəlmanları müəyyən vaxtda və məkanda toplamasının müsəlmanların əlaqə yaratması və bir-birləilə qaynayıb qarışması, İslam ümmətinin iqtidarını göstərmək kimi, mühüm siyasi mesajlarının olduğunu bildirərək, həcc mərasiminin mənəvi miqyası ilə yanaşı, bu mühüm İslam həqiqətlərin də planlaşdırmalarla tətbiq edilməli olduğunu söyləyib: “Həcc mərasimində İslam ümməti ilə əlaqə, İslam inqilabının mesajının çatdırılması və şübhələrin aradan qaldırılması, İran və digər İslam ölkələri arasındakı əlaqələrin gücləndirilməsi və təmin olunması həcc üçün verilməli olan mühüm siyasi mesajlardır. Həcc İran üçün ləyaqət mənbəyi olmalıdır və buna görə də dolayı həccin siyasi istiqamətləri unudulmamalıdır. İslam inqilabından əvvəlki həcc ilə İslam və İslam inqilabının qoxusunu almayan ölkələrin həcci fərqlidir”. Səudiyyə rejiminin rəhbərliyinin Komeyl duası mərasiminin keçirilməsinə qarşı yaratdığı manelərə toxunan ali dini rəhbər, səylərlə bu maneələrin qarşısının alınmalı olduğunu söyləyib. İslami əsərlərin həccin inkişafı bəhanəsi ilə məhv edilməsini tənqid edən Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei, belə davam edib: “Başqa ölkələrin tarixi əsərlərini qorumasına baxmayaraq, Məkkə və Mədinədə bir çox tarixi əsərlər məhv edilmişdir”. Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei həcc təşkilatı və əlaqədar qurumlara digər İslam ölkələrinin həcc rəsmiləri ilə təmas quraraq, qalan İslami əsərlərin dağıdılmasının qarşısını almaq barədə tapşırıq verib. Oxşar xəbərlər
|