İraq DİN: “Ərbəin zəvvarlarına xidmət etmək bizim üçün iftixardır”
İraqın daxili işlər naziri Qasım Əl-Əraci İranın İraqdakı səfiri İrəc Məscidi ilə paytaxt Bağdadda görüşüb.
Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, tərəflər İmam Hüseynin (ə) Ərbəin mərasimində koordinasiyanı və əməkdaşlıq məsələlərini müzakirə ediblər. Əl-Əraci İmam Hüseynin (ə) Ərbəin zəvvarlarının ziyarətini asanlaşdırmaq üçün İraq hökuməti tərəfindən görülən son tədbirlər barədə də məlumat verib. O deyib ki, İraq hökuməti və xalqı Ərbəin zəvvarlarına xidmət etməkdən qürur duyur və tərəddüdsüz istənilən Əhli-Beyt (ə) zəvvarına xidmət olunacaq. İranın Bağdaddakı səfiri İraq dövləti və xalqının İmam Hüseynin (ə) zəvvarlarına etdiyi qonaqpərvərliklərə görə təqdir və təşəkkür edib. Qeyd etmək lazımdır ki, hər il 4 milyon iranlı İraqdakı ziyarətgahları ziyarət edir və onların əksəriyyəti məhz Ərbəin münasibətilə İraqa səfər edirlər. Bundan başqa, təqribən 2 milyon əcnəbi zəvvar və turist də İran ərazisindən keçərək, İraqa daxil olurlar. Oxşar xəbərlər
|