Raqqada İŞİD qurbanlarının 2600 nəfərlik kütləvi məzarı tapıldı
Suriyanın Raqqa şəhərində İŞİD tərəfindən öldürülən insanlara aid kütləvi məzarlar tapılıb.
Raqqa Vətəndaş Məclisi həmsədri Əbdüssəlam Hevsorik Raqqada 2600 nəfərə aid 3 kütləvi məzar tapdıqlarını bildirərək, bölgənin bir neçə yerində çox sayda kütləvi məzar olduğunu deyib. Məzarlardakıların çoxunun mülki vətəndaş olduğu bildirilib. İndiyə qədər 8 rayonda açılan kütləvi məzarlarda 450-si uşaq olmaqla, 2 min 600-dən artıq cəsəd tapılıb. İŞİD məzarlardakı cəsədlərin çıxarılmaması üçün kütləvi məzarların ətrafını minalayıb. Minalar zərərsizləşdirildikdən sonra məzarlar ortaya çıxarılır. Mənbə: /eastnews.org/ Oxşar xəbərlər
|