Səudiyyənin qərarı 8 min insanın həyatına son qoya bilər
Mьəllif: admin1
Tarix: 10-10-2018, 21:47
Bцlmə: Xəbərlər
Səudiyyənin qərarı 8 min insanın həyatına son qoya bilər
Yəməndə həftədə üç dəfə dializə getməsi lazım olan xəstələr Səudiyyə rejiminin blokadasına görə səhiyyə xidmətlərindən yararlana bilmir

Səudiyyə Ərəbistanının mülki infrastrukturunu məhv etdiyi Yəməndə səhiyyə xidmətlərindən istifadə edə bilməyən 8 min dializ xəstəsi ölüm təhlükəsi ilə üzləşib.

Maide.Az "FaktXəbər"ə istinadla bildirir ki, bu barədə Yəmənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Səudiyyə rejimi blokadanı davam etdirdiyi üçün xroniki böyrək xəstəliyi olan və həftədə üç dəfə dializə getməsi lazım olan xəstələr səhiyyə xidmətlərindən yararlana bilmir.

Nazirlik ölkənin səhiyyə sisteminin dağılmaması üçün əlindən gələni etdiyini, ancaq dializ xəstələri üçün lazımi müalicəni apara bilmədiyini açıqlayıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində rəsmi məlumatlara görə, 10 mindən çox uşaq və qadın həyatını itirib, 55 min nəfər yaralanıb, 8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir.

Ölkəyə humanitar yardımın əngəllənməsi səbəbindən Yəməndə kütləvi xəstəliklər hökm sürür.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031