İran ABŞ-a qarşı daha bir hüquqi qələbə qazandı
Beynəlxalq Haaqa Məhkəməsində İranın ABŞ qarşısında hüquqi qələbəsindən sonra, bu dəfə Roma Apellyasiya Məhkəməsi amerikalıların İran Mərkəzi Bankına aid təxminən 5 milyard dollarlıq əmlakın müsadirə olunması tələbini rədd edib.
Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, İranın Prezident Aparatının Beynəlxalq Hüquqi İşlər Mərkəzinin rəhbəri Möhsün Muhibbi Roma Apellyasiya Məhkəməsinin bu xəbəri təsdiq edib. İtaliyadakı Roma Məhkəməsi 2018-ci ilin iyun ayında amerikalıların tələbi ilə və İtaliya qanunları çərçivəsində, İran Mərkəzi Bankına aid bütün əmlakın müsadirə olunması barədə qərar vermişdi, ancaq Apellyasiya Məhkəməsi bu qərarı ləğv edib. Möhsün Muhibbi, həmçinin İran Mərkəzi Bankına aid 2 milyard dollarlıq əmlaka qanunsuz həbs qoymaqla İran-Amerika dostluq müqaviləsini pozduğu üçün Tehranın Vaşinqtona qarşı Beynəlxalq Məhkəmədə qaldırdığı iddiada da müvəffəqiyyətli olduğunu bildirib. O, Amerikanın İranı terrorizmə dəstək verməklə bağlı qurduğu müdafiəsinin qanuni bir əsasının olmadığını və sübuta yetirilmədiyini qeyd edib. Oxşar xəbərlər
|