Yer kürəsini labüd təhlükə gözləyir, səbəb özümüzük
Mьəllif: admin1
Tarix: 12-10-2018, 09:39
Bцlmə: Xəbərlər
Yer kürəsini labüd təhlükə gözləyir, səbəb özümüzük
Dünyada əhalinin artması ərzaq böhranı ilə nəticələnə bilər.

Maide.Az "Sputnik"ə istinadla xəbər verir ki, alimlərin hesablamalarına görə, 2050-ci ildə yer üzündə yaşayan insanların sayı 10 milyardı keçəcək. İnsanların ərzaqla təmin etmək üçün isə bəzi şərtlərə əməl etmək lazım olacaq.

Belə ki, qlobal miqyasda tərəvəz pəhrizinə üstünlük verilməli, sağlam qidalanma üçün hərəkətə keçilməlidir.

Əks halda, planetin ehtiyatları tükənməyə başlayacaq, torpaq və suyun çirklənməsi böyük rəqəmə çatacaq.

Alimlər hesab edirlər ki, əgər heç nə dəyişməsə əsrin ortalarında təbiətə təsir 50-90% artacaq. Buna əhalinin artması, yağ, şəkər və ətlə olan pəhrizlərin yayılması səbəb olacaq. Bu yükə isə planetin ekosistemi dözə bilməyəcək.

Xatırladaq ki, hər 10 saniyədə 26 körpə dünyaya gəlir. 2017-ci ildə dünya əhalisinin sayı 83 milyon artıb. Ən çox əhali artımı Afrika ölkələrində müşahidə edilir.
Oxşar xəbərlər
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031