Göbələklərlə bağlı səhv məlumatlar
Mьəllif: admin1
Tarix: 12-10-2018, 21:34
Göbələklərlə bağlı səhv məlumatlar
Mütəxəssislər xalq arasında göbələklərlə əlaqədar bir çox səhv məlumatın gəzdiyinə diqqət çəkərək xəbərdar etdi.

Xüsusilə zəhərli və zəhərsiz göbələyin yan-yana olmayacağı, qurdların, böcəklərin yediyi göbələyin zəhərli olmayacağı, qurudulmuş, bişirilmiş göbələyin zəhərli olmayacağı kimi.

Bu məlumatlar səhv məlumatlardır. Zəhərli və zəhərsiz göbələk yan-yana ola bilər, qurdlu göbələk zəhərli ola bilər. Göbələk bişirilmədən yeyilməməlidir, amma bişirmə zəhərini aradan aparmaz."

Deyerler.org Mütəxəssislər, göbələyin təsirlərinin qalıcı ola biləcəyini bildirdilər: "Göbələk zəhərlənmələri sadə hallarda qarşımıza çıxdığı kimi, ağır hallarda da qarşımıza çıxa bilər. Xüsusilə orqan çatışmazlığı formasında qarşımıza çıxa bilər.

Zəhərlənmə bütün orqanlara təsir edir, amma xüsusilə qaraciyər və böyrək çatışmazlığı olaraq görsənə bilər. Əvvəl ürək bulanması, qusma formasında görsənən təsirlər verir, daha sonra orqan çatışmazlığına qədər apara bilər".
Oxşar xəbərlər
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031