Misirdə Yusif peyğəmbərin (s) qardaşlarının qəbirləri tapıldı
İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Misirin paytaxtı Qahirədə iki tarixi məzarlıq tapılıb. İlkin məlumatlara görə, həmin qəbirlər Yusif peyğəmbərin (s) qardaşlarına məxsusdur.
Misirin Qədim Abidələr Nazirliyindəki mənbənin məlumatına görə, sözügedən kəşflər Qahirənin əl-Abacia və ət-Tunisi kvartallarında edilib. Qəbirlərin yanında tarixi quyu da aşkar edilib. Daha öncə Misirin Qədim Abidələr Nazirliyinin Ali şurasının sədri Mustafa əl-Vəziri 3 tarixi abidənin kəşf edildiyini elan etmişdi. Onun sözlərinə görə, həmin tapıntılar “səs-küyə səbəb olacaq”. Oxşar xəbərlər
|