Ərbəin zəvvarlarını qorumaq üçün təhlükəsizlik tədbirləri artırılıb
Mьəllif: admin1
Tarix: 13-10-2018, 10:25
Bцlmə: Xəbərlər
Ərbəin zəvvarlarını qorumaq üçün təhlükəsizlik tədbirləri artırılıb
İraqda İmam Hüseynin (ə) Ərbəin ziyarətinin piyada yürüşü mərasimində iştirak edən zəvvarların qorunması məqsədi ilə təhlükəsizlik tədbirləri çoxaldılıb.

Maide.Az İQNA-a istinadla xəbər verir ki, bunu "Rafidin əməlliyyatı" komandanlığı yayımladığı bəyanatda bildirib.

Bəyanatda deyilir ki, Rafidin əməliyyatı, Polis qüvvələri, Zi-Qar, Miysan, Əlmusna və Vasit təhlükəsizlik qüvvələri zəvvarların təhlükəsizliyini qorumaq üçün əməkdaşlıq edir.

"Zəvvarların hərəkət etdiyi bütün istiqamətlərdə Patrul əməliyyatları keçirilir və silahlı qoşunların pilotsuz təyyarələri yolları nəzarətdə saxlayır."

İraqın Zi-Qar əyalətinin polisindən isə bildirilib ki, əyalətin bütün yolları tam olaraq yoxlanılmış və yollarda təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Əyalətin irili-xırdalı bütün yollarında patrul əməliyyatı xidmət edir.

İraq Xalq Könüllülərinin silahlı qüvvələri (Həşduş-Şəəbi) İmam Hüseynin (ə) Ərbəin əvvarlarını qorumaq üçün Bağdad - əl-Ənbar yollarını nəzarətə götürərək, qüvvələrini zəvvarların hərəkət marşurutlarında yerləşdirib.

Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyondan çox insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 30 oktybar tarixinə təsadüf edir.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031