Ərbəin yolunda Qurani-Kərim təlimi məntəqələri açıldı
Əba Əbdillahın (ə) Ərbəin ziyarətinin başlanması ilə əlaqədər, Qurani-Kərim birliyinin icra komitələri zəvvarlara xidmət üçün fəaliyyətə başlayıblar.
"Deyerler.org"un "iqnanews.ru" agentliyinə istinadən verdiyi xəbərə görə, Qurani-Kərim birliyinin icra komitəsinin üzvü Əhməd Əşşamı bildirmişdir: “Bəsrədə yerləşən İran nümayəndəliyinin səyləriylə, Ərbəin zəvvarlarının ilk xidmətlərinə başlanılıb”. Onun sözlərinə görə layihə özündə 24 Qurani-Kərim stansiyasını cəm edir. “Qurani-Kərim layihəsi, İmam Hüseyn (ə) hərəminin və Şiə Vəqf fondunun Quran təlimçilərinin köməyi ilə həyata keçirilir”,- deyə Əşşamı bildirmişdir. Oxşar xəbərlər
|