Putin: “İranın Suriyadan çıxmasını istəyənlər zəmanət verməlidir”
Mьəllif: admin1
Tarix: 18-10-2018, 21:53
Bцlmə: Xəbərlər
Putin: “İranın Suriyadan çıxmasını istəyənlər zəmanət verməlidir”
Rusiyanın prezidenti Vladimir Putin İranın Suriyadan çıxmasını istəyənlərin, Suriyanın daxili işinə qarışmayacaqları zəmanətini verməli olduğunu vurğulayıb.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Valday mübahisə klubunda çıxış edən Putin, bir suala cavabında belə deyib: “İranı Suriya torpaqlarından çıxmağa razı salmaq bizim işimiz deyil. Həm Suriya, həm də İran müstəqil ölkələrdir. Təbii olaraq münasibətlərinin necə olacağına özləri qərar verməlidirlər”.

Rusiyanın hər iki ölkə ilə də ciddi və dərin əlaqələrinin olduğunu bildirən Putin, İran qüvvələrinin Suriyadan tamamilə çıxmasının isə ayrı bir məsələ olduğunu qeyd edib:

“Buna İran-Suriya və İran-ABŞ arasındakı dialoq ilə qərar verilməlidir. Rusiya da bu dialoqa qoşulmağa hazırdır. İranın Suriyadan çıxarılmasını istəyənlər Suriyanın daxili işinə qarışmayacaqları zəmanətini verməlidirlər”.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031