Ayətullah Xamenei: İrandan yanlış imic təqdim etmək, düşmənin ən mühüm gündəmidir
İran İslam İnqilabı Lideri Ayətullah Xamenei bu gün düşmənlərin ən mühüm gündəminin İranın daxili vəziyyətindən səhv və yalan bir obraz təqdim etmək olduğunu bildirib.
İslamazeri.com xəbər verir ki, Ayətullah Xamenei ölkənin iki minə qədər fəal gənc elitası və görkəmli alimlərini qəbul edib. İslam İnqilabı Lideri qəbulda ölkənin mühüm məsələlərinə işarə edərək iranlı gənc alimlərin səylərinin ölkənin imicindən gerçək bir görüntü təqdim etdiyini bildirib. Ali Lider amma düşmənlərin ən mühüm gündəminin İranın daxili vəziyyətindən səhv və yalan bir obraz təqdim etmək olduğunu, lakin ilahi fəzl və mərhəmət sayəsində hegemon nizamın bu təxribatında da uğurlu ola bilmədiyini vurğulayıb. Oxşar xəbərlər
|