Sağlam qidalanma insan üçün hələ də əlçatmazdır
Mьəllif: admin1
Tarix: 7-11-2018, 12:27
Sağlam qidalanma insan üçün hələ də əlçatmazdır
Quelf universitetinin alimləri belə bir qənaətə gəliblər ki, Yer kürəsində insanların sağlam qidalanması üçün lazımi qədər meyvə və tərəvəz becərilmir.

"Deyerler.org"un "lenta.ru" agentliyinə istinadən verdiyi xəbərə görə, alimlər tələb olunan meyvə tərəvəzi kənd təsərrüfatının istehsal etdiyi miqdarla müqayisə ediblər.

Nəticədə çatışmazlıq müşahidə olunub. Qida sanayesi həddindən artıq çox taxıl, yağ və şəkər istehsal edir. Bir halda əhalinin meyvə, tərəvəz və zülal tərkibli qıdalara daha çox ehtiyacı var.

Məsləhət olunduğu kimi, hər bir insanın qidasının 50% meyvə və tərəvəzlərdən ibarət olmalıdır. Qalan 50%-nin 25%-ni taxıl məhsulları, digər 25%-ni isə zülallar, yağlar və süd məhsulları təşkil etməlidir.

Alimlərin gəldiyi nəticələrə əsasən, bir insan üçün 8 pors taxıl əvəzinə 12 pors, 15 pors meyvə tərəvəz əvəzinə 5 pors, 1 pors yağ və digər məhsullar əvəzinə 3 pors və 5 pors zülal əvəzinə 3 pors istehsal olunur.

Araşdırmaçıların rəyinə əsasən, nəzərə alınmış istehsalın dəyişdirilməsində istehsal sahəsi 50 milyon hektar həcmində kiçiləcək.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031