Hansı qidaları günün hansı saatlarında yemək faydalıdır? - Vacib TÖVSİYƏ
Günə balanslı qidalanma ilə başlamaq orqanizmin enerjisini və məhsuldarlığnı artırır.
Xüsusilə, doğru qidaların doğru zamanda istifadəsi həm xəstəliklərdən qoruyur, həm də artıq çəkinin qarşısını alır. Bəs, hansı qidanı hansı vaxtlarda yeməliyik? Maide.Az "publika.az"a istinadla bu yazıda oxucuları hansı qidaların səhər, günorta və ya axşam saatlarında faydalı olduğu ilə tanış edib. Alma Almamı niyə səhər menyusuna daxil etməliyik? Çünki almanın tərkibinə xolesterin və qanda şəkərin səviyyəsini aşağı salan pektin daxildir. Niyə axşam yeməyində yeməyək? İçərisində olan qidalı liflər həzm sistemini gecə saatlarında yükləyir, mədə turşusunu artırır. Pomidor Pomidoru niyə səhər yeməyində yeməliyik? Çünki həzmi yaxşılaşdırır və metobolizmanı gücləndirir. Niyə axşam yeməyində yeməyək? Pomidorun tərkibində olan turşəng turşusu orqanizmin su-duz balansını pozur ki, bu da şişkinliyə səbəb ola bilər. Meyvə quruları Nə üçün günorta yeməyində yeməliyik? Təzyiq riskini azaldır və ürək sağlamlığını qoruyur. Niyə axşam yeməyək? Quru meyvələr kalorilidir. Axşamlar yeyildikdə artıq çəkiyə gətirib çıxarır. Portağal Niyə nahar və şam yeməyindən sonra yemək olar? Həzmi yaxşılaşdırır və metobolizmanı sürətləndirir. Niyə səhər yeməyində yemək olmaz? Portağal boş mədəni qıcıqlandıra və qastiritə səbəb ola bilər. Banan Nə üçün günorta yeməyində yeməliyik? Günorta vaxtı həzm proseslərini yaxşılaşdırır. Niyə axşam yeməyində yeməyək? Həzm sistemini yükləyir. Qatıq Niyə axşam yeməyində qatıq yeməliyik? Axşam yeməyini daha sürətlə həzm etməyə yardım edir, sümükləri möhkəmləndirir. Səhər yeməyində niyə qatıq yemək olmaz? Boş mədənin turşuluğunu daha da artırır və mədəyə zərər verir. Ət Nə üçün günorta yeməyində yeməliyik? Xəstəliklərə qarşı müqavimətini artırır. Niyə axşam yeməyində yemək olmaz? Ətin həzm olunma prosesi 4-6 saat çəkir. Həzm sisteminə zərər verə bilər. Oxşar xəbərlər
|