Seyid Əbdülməlik Əl-Husi: “ABŞ Yəmən xalqına qarşı cinayətdə əsas fiqurdur”
Yəmən inqilabının rəhbəri və Ənsarullah hərakatının baş katibi Seyid Əbdülməlik Bədrəddin Əl-Husi Amerika tərəfindən sülh və atəşkəsə dəvət çağırışlarının yalan olduğunu bildirərək, belə deyib: “Nə vaxt ABŞ atəşkəs və sülhdən söz açırsa, Yəmən xalqına qarşı yeni cinayət və hücumlar başlayır”.
Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Seyid Əbdülməlik noyabrın 7-si verdiyi bəyanatında, təcavüzkar Səudiyyə rejimi və tərəfdaşlarının tamamilə Amerikanın silah, dəstək və planlarına əsaslandıqlarını və Amerikanın Yəmən xalqına qarşı cinayətdə baş rol oynadığını bildirib. “Amerikanın Səudiyyə rejiminə dəstəyinin səbəbi silah satışıdır. Amerika Yəmən müharibəsindən iqtisadi cəhətdən böyük mənfəətlər əldə etdi”, - deyə Əl-Husi bildirib. ABŞ və BƏƏ-nin Yəmənə qarşı yeni növ hücumlarının məğlubiyyətə məhkum olduğunu bildirən Seyid Əbdülməlik, belə davam edib: “Yəmən ordusu və xalq qüvvələrinin fədakarlıqları ilə Hudeydaya qarşı hücumlar da məğlubiyyətə düçar olacaq. İndi də bu bölgənin böyük bir hissəsi Yəmənin ordu qüvvələrinin nəzarətindədir”. Əl-Husi bəyanatında, səudiyyəli və sionist rejimin rəsmilərinin ara-sıra reallaşan danışıqlarına də işarə edərək, belə deyib: “Fars körfəzi ölkələrinin bəzilərinin irqçi İsrail rejimi ilə münasibətləri inkişaf etdirməsi ilə birlikdə, Yəmənə qarşı hücumlar sürətləndi”. Ənsarullahın lideri, həmçinin Yəmən xalqının qətiyyən düşmənlərin ölkələrinin hakimiyyətini ələ keçirmələrinə imkan verməyəcəklərini söyləyib. Oxşar xəbərlər
|