Britaniyalı tədqiqatçı: Əsl İslam maarifi Kərbəla şəhərindədir
Britaniyalı tədqiqatçı Emili Qrats Uayt həqiqi İslam maarifini araşdırmaq üçün Kərbəla şəhərinə səfər edib.
Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, səfirinin məqsədilə bağlı açıqlama verən tədqiqatçının sözlərinə görə, o, İslamın ideoloji prinsipləri barədə elmi əsər yazaraq Avropada islamofobiyaya qarşı mübarizədə istifadə edib. "Mənim araşdırmalarım həqiqi İslam maarifini öyrənməklə başladı. Çünki İslama qarşı ciddi hücumlar var, həmçinin ekstremistlər də öz cinayətlərinə don geyindirmək üçün məhz İslamın təhrif olunmuş konsepsiyalarını əsas tuturlar", - deyə E.Uayt diqqətə çatdırıb. Tədqiqatçının sözlərinə görə, o, Kərbəlada məhz İslamın əsl prinsiplərinin şahidi olub. Bu prinsiplər sevgi, insanlıq, ədalət və insanlar arasında bərabərlik kimi dəyərlərdən ibarətdir. O, həmçinin əlavə edib: "Bu mənim Kərbəlaya ikinci səfərimdir. Ötən il bu şəhərə ilk dəfə idi ki, gəlmişdim, İslam və Ərbəin ziyarəti haqqında araşdırma işi yazdım. Tədqiqat əsərim dünyanın 17 ölkəsində yayımlandı". Emili Uayt özünün müəllifi olduğu "Media hipnotizası" adlı silsilə mühazirələri barədə də danışaraq bu üsulla İslam dininin əsl prinsipləri və əsas ideyalarını təbliğ etdiyini bildirib. Araşdırmaçı müxtəlif media platformalarında müsəlman qadınların ağır şərtlər altında və hüquqsuz yaşadığı barədə yayılan əsassız məlumatları da təkzib edərək deyib: "Müsəlman qadınlarla tanış olduqca anladım ki, onların əksəriyyəti yüksək təhsil alır, təhsillərini ən ali səviyyələrədək davam etdirir, tam olaraq ifadə azadlıqlarından yararlana bilirlər. Bir sözlə rastlaşdığım mənzərə qərəzli təbliğat resurslarında yazılanların tam əksi oldu. Bu da İslamın həqiqi simasının ləkələnməsinə hesablanmış fərqli metodlardan biri imiş". Oxşar xəbərlər
|