Yaxın ölkələrdə əhali
Mьəllif: admin1
Tarix: 12-11-2018, 11:31
Yaxın ölkələrdə əhali
2018-ci il sentyabrın 1-nə Azərbaycan əhalisinin sayı 9 milyon 950,5 min nəfər olub. Həmin vaxta Ukraynanın əhalisi 42 milyon 234 min nəfər, Qazaxıstanın əhalisi 18 milyon 311,7 min nəfər, Litvanın əhalisi 2 milyon 799 min nəfər göstərilib.

Novator.az başqa yaxın ölkələr üzrə rəsmi göstəricilərə də nəzər salıb. Oktyabrın 1-nə Ermənistanın 2 milyon 969,2 min nəfər əhalisi olduğu açıqlanıb. Özbəkistanın əhalisi eyni dövrə 33 milyon 85 min nəfəri ötüb.

Gürcüstanın əhalisi yanvarın 1-nə 3 milyon 729,6 min nəfər, Rusiyanın əhalisi iyunun 1-nə 146,8 milyon nəfər olub.

Bu ilin müxtəlif dövrlərinə aid statistik hesabatlara əsasən, İranın 81,7 milyon nəfər, Türkiyənin 80,8 milyon nəfər, Belarusun 9,5 milyon nəfər, Tacikistanın 8,9 milyon nəfər, Qırğızıstanın 6,2 milyon nəfər, Türkmənistanın 5,6 milyon nəfər, Moldovanın 3,5 milyon nəfər, Latviyanın 1,9 milyon nəfər, Estoniyanın 1,3 milyon nəfər əhalisi var.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031