Ayətullahul Xamenei: "Şəhid həyatı boyu İslamın xidmətindədir və şəhadətindən sonra da mənəvi mühit yaradaraq cəmiyyətə xidmət edir"
Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin Qəzvin şəhərinin şəhidlər şurasının rəsmiləri ilə noyabrın 5-i keçirdiyi görüşünün çıxışı, bu gün (12 noyabr) dərc olunub.
Deyerler.org Mehr-ə istinadən xəbər verir ki, Ali dini rəhbər bu görüşdə Qəzvin şəhərinin coğrafi, tarixi və mədəni mövqeyinə toxunaraq, belə deyib: “Qəzvinin tanınmış adamları, alimləri və şəhidləri ilə bu əyalətin tarixinin İslam inqilabı və Müqəddəs müdafiə dövrü (8 illik İran-İraq müharibəsi) ərzində keçirdiyi sınaqdan qürur duyuruq”. Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei şəhidlərin ölkədə mənəvi həyatın bərpası və idealların hədəfləri istiqamətində hərəkətinin qorunmasına vəsilə olduğunu qeyd edərək, belə davam edib: “Şəhid həyatı boyu bədəni və ruhu ilə İslamın xidmətindədir və şəhadətindən sonra da mənəvi mühit yaradaraq cəmiyyətə xidmət edir”. Şəhidlərin səsinin Allah-Təaladan ilham aldığını qeyd edən ali dini rəhbər, belə danışıb: “Şəhidləri yad etmək işi onların heyranedici səsini hamıya çatdırıb, ürəkləri titrədir. Məhz bu səbəbdən cihad və şəhadət ruhunun yayılması təqdirdə Qərb ilə Şərq və küfrə meyl ortadan qalxacaq”. Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei çıxışında şəhidlərin xatirəsinin unutdurulması və ya şəhidlərin böyük işlərinə xələl gətirməyə səy göstərənləri də tənqid edərək, belə deyib: “Bu gün Müqəddəs müdafiənin sona çatması üzərindən 30 il keçməsinə baxmayaraq, şəhidlərin xatirəsi yad olunur, üstəlik hər keçən gün cəmiyyətdə daha da dinamik hala gəlir, çünki şəhidlər nümunədir”. Oxşar xəbərlər
|