Qəzzada növbəti rəzalət yaşayan Liberman istefa verdi
İsrail rejiminin qondarma müdafiə naziri Aviqdor Liberman vəzifəsindən istefa edib.
Deyerler.org xəbər verir ki, Reuters xəbər agentliyinin çatdırdığı məlumat İsrail rejiminin müdafiə naziri Aviqdor Liberman tərəfindən şəxsən təsdiqlənib. Liberman keçirdiyi mətbuat konfransında belə deyib: “İsrailin müdafiə naziri vəzifəsindən istefamı çatdırmaq üçün buradayam”. İsrail rejiminin Qəzzadan atılan raketləri əsas göstərərək, həyata keçirdiyi hava hücumundan sonra qəbul olunan atəşkəs qərarına reaksiya verən Liberman, belə deyib: “Dünən təslim olduq. Bu atəşkəsin başqa bir mənası yoxdur. Hazırda hökumət olaraq gördüyümüz iş, milli təhlükəsizliyimizə uzunmüddətli ziyan vuracaq əvəzə qarşı qısamüddətli sülhü satın almaqdır”. "Yəhudi Evi" partiyası Libermanın yerinə İsrail rejiminin təhsil naziri Naftali Bennetti bu vəzifəyə təklif edir. Oxşar xəbərlər
|