Ayətullahul-üzma Seyid Əli Xamenei: “Dünyadakı müharibə iradələr müharibəsidir”
Mьəllif: admin1
Tarix: 14-11-2018, 21:28
Bцlmə: Xəbərlər
Ayətullahul-üzma Seyid Əli Xamenei: “Dünyadakı müharibə iradələr müharibəsidir”
Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei hazırda dünyada baş verməkdə olan müharibəni “iradələr müharibəsi” kimi qiymətləndirərək, İranın veteran və əlil idmançıların öz dəyərli hərəkətləri ilə güclü iradə, mədəni müstəqillik və qüdrətə malik olduqlarını göstərdiklərini bildirib.

Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Ayətullah Seyid Əli Xamenei noyabrın 14-ü keçən ay İndoneziyada keçirilən Paralimpiya oyunlarında medal qazanmağı bacaran iranlı idmançıları qəbul edib. Görüşdə İranın veteran və əlil çempionları imza atdıqları uğurlara görə təqdir edən ali dini rəhbər, bu çempionluğun qərarlı əzm və gizli qabiliyyətlərin hərəkətə keçirilməsinin göstəricisi olduğunu qeyd edib.

Ayətullah Xamenei xanım idmançılar başda olmaqla İranın veteran və əlil idmançılarının öz milli və dini dəyərlərini müdafiə etmədə özünə inamlarını təqdirəlayiq və çox böyük bir təşəbbüs kimi qiymətləndirib.

“Hicablı bir qadının İran dəstəsinin bayrağını daşıması və ya yarışlar vaxtı namazını camaatla qalması, dünyadakı laqeydlik təcavüzü qarşısında bir başa dik dayanma deməkdir”.

Ali dini rəhbər daha sonra bunları deyib: “Küfr və imperialist cəbhəsinin sonu gəlməyən gözləntilərinin hücumu qarşısında beynəlxalq meydanlarda bəzilərinin müqavimət göstərmə gücünə malik olmayıb, geri addım atadığı bir vaxtda, sizlər dik durub, öz hicab və dini və milli geyimlərinizi mədəni güc nümayişi ilə müdafiə etdiniz. Mən bu səbəbdən səmimi-qəlbdən İran İslam Respublikasının idman dəstəsinin üzvlərinə təşəkkür edirəm”.

Ayətullah xamenei çempion idmançılara müraciət edərək, belə deyib: “Bizlər hər yaşda, xüsusilə də gənclər sizlərdən dərs çıxarmalıyıq. Çünki medal alıb çempion oldunuz və məhz buna görə də, qabiliyyətləri istifadə etmə mövzusunda böyük bir nümunəsiniz. Bunlara əlavə olaraq, xalqı da idman etməyə həvəsləndirmək istiqamətində müsbət təsirə maliksiniz”.

Xatırladaq ki, iranlı idmançılar İndoneziya 2018 Paralimpiya oyunlarında 51 qızıl, 42 gümüş və 43 bürünc medal ilə 3-cü yeri qazanmışdı.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031