İsrailin daha bir naziri istefa verib
İsrailin aliyah (xaricdən yəhudi köçü) və interqrasiya naziri, Evimiz İsrail Partiyasının üzvü Sofa Landver vəzifəsindən istefa verib.
Sözügedən partiyanın Knessetdəki qrupu rəhbərinin qərarını dəstəkləyərək iqtidar koalisiyasını tərk edib və müxalifətə keçib. Mövcud qaydaya görə, nazirin istefa ərizəsi 48 saat ərzində qüvvəyə minir. Xatırladaq ki, ölkənin müdafiə naziri Aviqdor Liberman Qəzza sektorunda atəşkəs elan edilməsinə etiraz olaraq vəzifəsindən istefa vermiş və rəhbərlik etdiyi Evimiz İsrail Partiyasının hökumət koalisiyasından çıxdığını bəyan etmişdi. Mənbə:/www.eastnews.org/ Oxşar xəbərlər
|