ABŞ koalisiyası Suriyada kasset bombasından istifadə etdi
Suriya Dövlət Xəbər Agentliyi (SANA) ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın bu həftə Deyr Əz-Zorun Hacin şəhəri və Şaafa kəndinə təşkil etdiyi hava hücumlarında qadağan olunmuş kasset bombalarından istifadə etdiyini bildirib.
Deyerler.org xəbər verir ki, SANA yerli sakinlərə əsaslandırdığı xəbərində, belə qeyd edib: “Beynəlxalq koalisiyaya məxsus təyyarələr, Deyr əz-Zor əyalətinin şərqindəki Hacin şəhərinə və Şaafa kəndinə kasset bombaları istifadə edərək, hava hücumu təşkil etdi”. Kasset bombalarının istifadəsi 100-dən artıq ölkənin imzaladığı beynəlxalq müqavilə ilə qadağan olunmuşdu. ABŞ, Rusiya və digər bəzi ölkələr müqaviləyə qoşulmamışdı. Koalisiya Deyr Əz-Zor bölgəsindəki Hacin şəhəri ilə Şaafa kəndinə mütəmadi olaraq hücum həyata keçirir. Suriya mediası bir neçə dəfə koalisiyanın hücumlar zamanı ağ fosfor istifadə etdiyini bildirmişdi. Suriya hökuməti BMT TŞ-yə məsələ ilə bağlı tədbir görməsi üçün müraciət etmiş, koalisiyadan da ölkədəki qeyri qanuni olaraq qalmağa son qoymasını istəmişdi. ABŞ-dan isə hücumlarda istifadə edilən sursatların açıqlamayacağını, lakin sursatların beynəlxalq normalara uyğun olduğu haqda bəyanat gəlmişdi. Xatırladaq ki, beynəlxalq koalisiyanın Deyr Əz-Zorun şərqindəki Şaafa kəndinə noyabrın 13-ü etdiyi hava hücumunda 60-dan çox dinc sakin həlak olmuş və yaralanmışdı. ABŞ koalisiyasına məxsus döyüş təyyarələrinin bu həftə Deyr Əz-Zorun Hacin şəhərinə də etdiyi hava hücumunda əksəriyyəti uşaq və qadın olmaqla 15 dinc sakin həlak olmuşdu. Oxşar xəbərlər
|