İranda qan xərçənginə qarşı dərman istehsal edildi
Mьəllif: admin1
Tarix: 17-11-2018, 15:56
Bцlmə: Xəbərlər
İranda qan xərçənginə qarşı dərman istehsal edildi
ABŞ-ın birtərəfli sanksiyaları səbəbindən dərman idxalında da problem yaşayan İranda qan xərçəngi müalicəsində istifadə edilən ABŞ istehsalı bir dərmanın əvəzləyicisinin istehsal edildiyi bildirilib.

Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, İranın ən böyük dərman istehsalçılarından Doktor Abidi Pharmaceuticals şirkətinin onkoloji bürosunun müdiri Səpidə Məşkin, qan xərçəngi müalicəsində istifadə edilən ABŞ istehsalı “Revlimid” adlı dərmanın əvəzləyicisinin yerli imkanlarla istehsal edildiyini söyləyib.

Dünən İsfehan şəhərində keçirilən İran Onkologiya və Hematologiya Cəmiyyətinin 17-ci Konqresində çıxış edən Səpidə Məşkin, İranda istehsal etdikləri “Lenalidomide” dərmanının ABŞ istehsalı olan və qan xərçəngində istifadə edilən dərmanların analoqu olduğunu bildirib. O, İranda istehsal edilən dərmanın xərcinin idxal edilən dərmandan 20 dəfə ucuz olduğunu qeyd edib.

Səpidə Məşkin bu dərmanın oral yolla istifadə edilən bir dərman olduğunu və bədxassəli şişlər daxil olmaqla, leykemiyanın müalicəsində immunitet sistemini tənzimlədiyini deyib.

O, istehsal etdikləri dərmanın Hollandiyanın Sinton firması tərəfindən lisenziya alındığını və İranda yerli imkanlarla istehsal edildiyini və dörd fərqli dozada bazara çıxarıldığını deyib.

Qeyd edək ki, İran Onkologiya və Hematologiya Cəmiyyətinin 17-ci Konqresi noyabrın 15-i İsfahanda başlayıb və 17 noyabra qədər davam edəcək.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031