İraq prezidenti İslam İnqilabının Rəhbəri ilə görüşüb
Mьəllif: admin1
Tarix: 18-11-2018, 10:36
Bцlmə: Xəbərlər
İraq prezidenti İslam İnqilabının Rəhbəri ilə görüşüb
Tehranda rəsmi səfərdə olan İraq prezidenti Bərhəm Saleh bu gün günortadan sonra Islam Inqilabının Rəhbəri Ayətullahül-üzma Seyyid Əli Xamenei ilə görüşüb.

“İslaminSesi” - İraq prezidenti bu gün həmçinin İran İslam Respublikası prezidenti Həsən Ruhani ilə də görüşüb onunla iki tərəfi maraqlandıran mövzuları müzakirə etmişdir.

Ayətullah Xamenei, görüş zamanı Bəhram Salehini prezident olması münasiəti ilə təbrik edib və iki ölkənin, İran və İraq arasında yaxın münasibətlərin dərin tarixə dayandığını deyib.

Həmçinin Ərbəin yürüşünə işarə edərək, bu yürüşü həmin münasibətlərin bariz nümunəsi adlandırıb və bldirib ki, 2 milyona yaxın iranlı zəvvar Ərbəin yürüşündən və iraqlıların qonaqpərvərliyindən məmnun olaraq qayıdıb.

Ayətullah Xamenei İraqın bütövlük, müstəqillik, təhlükəsizliyinə, həmçinin regionda sabitliyə işarə edərək qeyd edib ki, bu sahələrdə uğur əldə etməyin yeganə yolu ərəblər, kürdlər, şiələr və sünnilər daxil olmaqla birliyin qorunub saxlanması və gücləndirilməsidir.

Ayətullah Xamenei həmçinin düşmən hiylələrinə işarə edərək xatırladıb ki, düşməni tanımaq ən mühüm amillərdəndir və bu gün düşmən həm daxildən, həm də xaricdən müxtəlif həmlələr edir, millətlər və məzhəblər arasında düşmənçilik və kin-küdurət toxumu səpirlər.

Hətta yaxın və uzaq ərazilərdə yerləşən dövlətlərdən bəzilərinin İslama, Sünnü və Şiəliyə qarşı xüsusi kini vardır. Bu səbəbdən gərək İraq xalqı, düşmən qarşısında əzm və dəyanətlə dürsun, daxili işlərinə müdaxilə etmələrinə imkan verməsin.

Ayətullah Xamenei mərcəiyyətlə rabitənin qorunub saxlanılmasının mühümlüyünə işarə edərək buyurub: Müxtəlif mərhələlərdə mərcəiyyətlə əlaqələri qoruyub saxlamaq çox faydalı və problemləri həll edəndir.

Ayəyullah Xameneyi iki ölkənin güc və potensialina toxunaraq İraqı qüdrətli dövlət adlandırıb və İranın daim İraqın yanında olacağını deyib.

İnqilabın Ali Rəhbəri İraqda gənclərə etimad və diqqətə işarə edərək "Həşdu-şabi"-ini (könüllü xalq qüvvələri) misal çəkib və gənclərə olan bu diqqəti qoruyub saxlamağı tövsiyə edib.

İraq prezidenti öz təşəkkürünü bildirib və İmam Hüseyn (ə) zəvvarlarına diqqət və xidməti İraq xalqının iftixarı adlandırıb. Həmçinin əlavə olaraq qeyd edib ki, İran həm Səddam zamanında, həm də terrorçularla mübarizədə İraq xalqının yanında olub və İraq bu kömək və himayəni heç vaxt unutmayacaq.

Prezident həmçinin mərcəiyyətin əhəmiyyətinə toxunaraq əlavə edib ki, biz mərcəiyyətin elmini, düşüncəsini və məsləhətlərini İraqın sabitliyi və inkişafı üçün böyük bir nemət hesab edirik.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031