Həzrət İsaya (ə) aid olduğu iddia olunan 1500 illik rəsmi tapıldı – FOTO
İsrail sərhədləri içərisində yer alan Nakab çölündə Bizans dövründən qalma bir kilsənin günbəz divarında Həzrət İsanın rəsmi tapılıb.
“İslaminSesi” – Bizim eradan sonra 6-cı əsrdə çəkildiyi güman edilən rəsm Hayfa Universiteti incəsənət tarixçiləri və arxeoloqları tərəfindən araşdırılmağa başlanılıb. Kilsə xarabalığında bir sənət tarixçisinin kəşf etdiyi divardakı rəsmdə Həzrət İsanın üzü ilə qısa və buruq saçları görünür. Sənət tarixçiləri və arxeoloqlar Həzrət İsanın şəklinin olmasının başlı başına önəmli bir kəşf olduğunu, qısa saçlı rəsm sənətinin Misir və Fələstində olduqca geniş olduğunu və daha sonra da Bizanslılara keçdiyini ifadə ediblər. Tədqiqatçılar İsanın qərbdə uzun saçlı və bəzən də saqqallı təsvirinin əksinə, bu rəsmdə qısa saçlı, uzunsov üzlü və nisbətən uzun burnu ilə diqqət çəkdiyini bildirib. Kembric universitetinin mütəxəssisləri şəklin görünməyən hissəsinin palçıq və toz altında qaldığını, rəsmdə istifadə edilən boya, texnika və materialların tədqiq ediləcəyini açıqlayıblar. Sözügedən rəsm “Qədim Fələstindəki son heyranedici arxeoloji kəşf” olaraq şərh olunub. Oxşar xəbərlər
|