Ayətullah Sübhani: Yəmən xalqına yardım etmək hər bir möminə vacibdir!
İslam Dünyasının böyük üləmalarından və mərcəi təqlid müctehidlərindən olan Ayətullah Cəfər Sübhani Yəmən xalqının acınacaqlı durumu ilə bağlı bəyanat yayıb.
İslamazeri.com xəbər verir ki, Ayətullah Sübhaninin Yəmənlə bağlı bəyanatında deyilir: "Bismilləhir-Rahməni-Rahim. Həzrəti Peyğəmbər (s) buyurub: "Hər kəs bir şəxsin "ey müsəlmanlar dadıma çatın" faryadını eşidə ona kömək etmiyə müsəlman deyil." Tarixi mənşəli və nüfuzlu xalq olan Yəmənin müsəlman xalqı çətin anlar yaşıyır. Zalimlərin zülmü nəticəsində milyonlarla kişi, qadın və uşaq aclıq və ölüm ilə üzbəüzdür. Onların tək günahı Səudiyyə zalimlərinə və müstəmləkəçilərin iradəsinə təslim olmamalarıdır. Belə bir zamanda möminlərə vacibdir ki, Qırmızı Aypara Cəmiyyəti və hümanitar yardımlar edən digər təşkilatlarla birlik etməklə onların köməyinə tələssinlər və hər vasitə ilə onların məzlumanə səslərini dünyaya çatdırılsınlar. Qüm şəhəri, Cəfər Sübhani H. 8 Rəbiul-əvvəl 1440." Oxşar xəbərlər
|