İslam ölkələri arasında ticarət dövriyyəsi artıb
2017-ci ildə İslam ölkələri arasıdna ticarət dövriyyəsi 322,2 milyard dollar təşkil edib.
Maide.Az xəbər verir ki, bu barədə “Ərəbi Əl-Yəvm” xəbər portalı məlumat verir. Daha çox BƏƏ, Türkiyə, Səudiyyə Ərəbistanı, İran, Malayziya, Misir, Pakistan, Oman və İraqı əhatə edən ticarət dövriyyəsi 2016-cı ilə nisbətən təxminən 6 faiz artıb. İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələr arasındakı ticarət dövriyyəsinin 74,6 faizi də məhz adıçəkilən dövlətlərin payına düşür. Artım neft, mədən sənayesi və ərzaq məhsullarının qiymətinin bahalaşması ilə əlaqələndirilib. Qeyd edək ki, bir müddət əvvəl Ali Rəhbər Seyid Əli Xamenei çıxşı zamanı İslam ölkələri arasında əməkdaşlığın genişləndirilməsinin, xüsusilə ticarət dövriyyəsində qeyri-müsəlman ölkələrə deyil, müsəlman dövlətlərinə yönəlməyin vacibliyini vurğulamışdı. Qeyd olunmuşdu ki, dünyada İslam düşmənlərinə qarşı mübarizənin ən effektiv yolu, məhz iqtisadi əlaqələrin düzgün qurulması və müsəlman dövlətlərinin bir-birinə dəstək verməsindən birbaşa asılıdır. Həmçinin imperialistlərin neftin qiymətini aşağı salınması istiqamətində apardığı siysətə cavab olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi prioritet hesab olunmuşdu. Rəqəmdə az olsada bu artım ümumilikdə İslam dövlətlərinin xeyrinə olan məsələdir. Qütbləşmənin getdiyi bir zamanda bu cür addımlar inkişafa və dünya arenasında müsəlmanların daha çox söz sahibi olmasına gətirib çıxara bilər. Oxşar xəbərlər
|