Ayətullah Təsxiri: “Məzhəblərin yaxınlaşması İslami vəhdətin ilkin hazırlığıdır”
Mьəllif: admin1
Tarix: 24-11-2018, 20:58
Bцlmə: Xəbərlər
Ayətullah Təsxiri: “Məzhəblərin yaxınlaşması İslami vəhdətin ilkin hazırlığıdır”
Ali dini rəhbər Ayətullul-üzma Seyid Əli Xameneinin İslam dünyası işləri üzrə müşaviri Ayətullah Məhəmməd Əli Təsxiri İslam dünyasının siyasi partiyalarının İslami məzhəblərin yaxınlaşmasında mühüm rol oynadıqlarını, bu yaxınlaşmanın isə, İslami vəhdətin ilkin hazırlığı sayıldığını bildirib.

Deyerler.org Mehrə istinadən xəbər verir ki, noyabrın 23-ü Tehranda keçirilən “Siyasi partiyaların və fəalların məzhəbi ixtilafların azalmasında və Fələstin məsələsinə dəstəkdə rolu” adlı konfransda çıxış edən Ayətullah Təsxiri, İslami məzhəblərin yaxınlaşması üzrə Ümumdünya Assambleyasının universal bir forum olduğunu və müxtəlif beynəlxalq qurum və təşkilatlarla yaxşı əlaqələr qurmağa çalışdığını qeyd edib.

Bəzi cahillərin münaqişələri İslam dünyasında vəhdətə mane olmağa cəhd etdiyini qeyd edən Ayətullah Təsxiri, belə danışıb: “Yaxınlaşma isə İslami vəhdətin ilkin hazırlığı sayılır”.

İslami Məzhəblərin Yaxınlaşması üzrə Ümumdünya Assambleyasının qurucu heyətinin sədri höccətül-İslam Seyid Rza Takavi də iclasda çıxış edərək bildirib ki, siyasi partiyaların İslami oyanış prosesinə kömək etməlidir.

O, həmçinin qeyd edib ki, siyasi partiyalar Fələstin, Yəmən və Bəhreyndə məzlum millətlərə dəstək verməli və müqavimətin hədəflərinin reallaşmasına xidmət etməlidir.

İclasda Livanın Hizbullah hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasım da çıxış edərək, İslam dünyasında vəhdətin mənbəyinin qlobal imperializm və sionist İsrail rejimilə mübarizə olduğunu qeyd edib.

Şeyx Nəim Qasım qlobal imperializm və sionist rejimin işğalçılığına qarşı müqavimət aparmağın mühüm bir hədəf olduğunu, bu hədəfin İslami siyasi partiyaları bir nöqtədə cəmləyə bləcəyini söyləyib.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031