Ayətullah Xamenei: Yəmən xalqı və Ənsarullah mütləq qələbə qazanacaq
Ali Rəhbər Ayətullah Xamenei İslamın əziz peyğəmbəri Həzrət Məhəmməd Mustafa (s) və Həzrət İmam Cəfər Sadiqin (ə) mübarək mövludu münasibəti ilə dövlət rəsmiləri, İslam ölkələrinin səfirləri və “İslam Vəhdəti” konfransının qonaqları görüşüb.
Maide.Az "leader.ir" saytına istinadən xəbər verir ki, Ayətullah Xamenei İran xalqını, İslam ümmətini və dünyanın bütün azad insanlarını bu mübarək bayram münasibəti ilə təbrik etdikdən sonra dedi: “İslamın əzəmətli peyğəmbəri bütün bəşəriyyət üçün ilahi rəhmət olmuşdur. Ona itaət etmək xalqları güc subyektlərinin zülm və hegemoniyasından, sinfi ayrıseçkilikdən, qəddar aristokratiyalardan, digər işgəncə və əsarətlərdən xilas edəcək”. Görüş iştirakçıları təbrik edən Ayətullah Xamenei çıxışı zamanı İslam dünyasını vəhdətə çağırıb, tağut və imperialist qüvvələrin vilayətinə sığınmış müsəlman dövlət rəhbərlərini Allahın vilayətinə itaət etməyə çağırıb. ABŞ-ın həmin dövlətlərin sərvətini talan etdiyini, üstəlik təhqirə məruz qoyduğunu qeyd edən Ayətullah Xamenei buna misal olaraq Donald Trampın Səudiyyə Ərəbistanını "südverən inək" adlandırmasını vurğulayıb. " Yəmən və Fələstin xalqlarına qarşı təcavüz edən bəzi müsəlman dövlətlərinin addımlarını pisləyən Ali Rəhbər qeyd edib ki, bu iki xalq və Ənsarullah mütləq qələbə qazanacaq. Ayətullah Xamenei ABŞ və sionist rejimin regionda artıq gücünün zəiflədiyini qeyd edərək bir vaxtlar "Hizbullah" qarşısında 33 gün, 22 gün, 8 gün davam gətirə gətirən İsrailin ötən həftə cəmi iki günə Fələstinə məğlub olduğunu və sülh istəməsini misal gətirib. Düşmənə qarşı mübarizənin müqavimət olduğunu diqqətə çatdıran Ayətullah Xamenei ABŞ və sionist rejimin məhz bundan narahat olduğunu vurğulayıb. Oxşar xəbərlər
|