İslam alimləri İsrail rejimi ilə münasibətləri haram bilir
Mьəllif: admin1
Tarix: 27-11-2018, 14:49
Bцlmə: Xəbərlər
İslam alimləri İsrail rejimi ilə münasibətləri haram bilir
Ümumdünya Əhli-Beyt Assambleyasının baş katibi Ayətullah Məhəmməd Həsən Əxtəri Tehranda keçirilən 32-ci İslami Vəhdət Konfransının yekun iclasında çıxış edərək deyib ki, şəriətə əsasən İsrail rejimi ilə hər cür əlaqələrin normallaşdırılması haramdır.

Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Ayətullah Əxtəri konfransın Fələstin milləti və amalını müdafiə etmək üçün yaxşı bir fürsət olduğunu vurğulayaraq, insan haqları, beynəlxalq və qeyri-hökumət təşkilatlarından bəyanatlar yaymaqla İsrail rejiminin siyasətlərini və təşəbbüslərini pisləmələrini istəyib.

Ümumdünya Əhli-Beyt Assambleyasının baş katibi mərhum İmam Xomeyni və ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin Fələstin xalqına dəstək verən müxtəlif bəyanatlarına da istinad edərək, belə deyib: “Fələstin xalqının müqaviməti digər müsəlmanların, millətlərin dəstəyi ilə davam edəcək və bu müsəlmanlar arasında vəhdətin daha da güclənməsinə səbəb olan məsələdir”.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031