Nəcəfin imam-cüməsi ABŞ Konqresinə sərt reaksiya verdi
İraqın Nəcəf şəhərinin imam-cüməsi Seyid Sədrəddin Kapancı ABŞ Konqresinin Nümayəndələr Məclisinin İraqda İslami müqavimət qruplarına sanksiya tətbiq etmək qərarını pisləyib.
Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Seyid Sədrəddin Kapancı cümə xütbəsində Nümayəndələr Məclisinin qərarını İraqın daxili işlərinə müdaxilə xarakteri daşıdığını bildirib. O, ABŞ-ın Nümayəndələr Məclisinin İraqın İslami müqavimət qruplarını İraqın təhlükəsizliyi üçün təhdid saydığını və İran tərəfindən dəstəkləndiyini iddia edib sanksiya siyahısına saldığını, halbuki İranın İraq dövlətini və millətini təkfirçi vəhhabi İŞİD terror təşkilatının bu ölkədən qovmaqda dəstəkləyərək, kömək etdiyini qeyd edib. Nəcəfin imam-cüməsi Nümayəndələr Məclisinin qərarını açıq-aşkar müdaxilə, zülm, yalançılıq və axmaqlığın nümunəsi olduğunu deyib: “Bu qərar Amerika dövlətinin iddia etdiyi açıq mədəniyyətin əksinə, vəhşiliyin ən böyük rəmzi olduğunu göstərdi. İraqın müqavimət qüvvələri və İrana qarşı səhv addımlar Amerikanın Səudiyyə rejiminin 2007-ci ildə İraq torpaqlarına 5 min terrorçu keçirməsinə sükut etdiyi bir vəziyyətdə gündəmə gəlib”. Oxşar xəbərlər
|