Gürcüstan hava hücumundan müdafiə sistemlərinin alınmasıyla bağlı müqaviləyə imza atıb
Mьəllif: admin1
Tarix: 9-12-2018, 10:26
Gürcüstan hava hücumundan müdafiə sistemlərinin alınmasıyla bağlı müqaviləyə imza atıb
Gürcüstan Müdafiə naziri Levon İzoriya Parisdə Fransanın hava hücumundan müdafiə sistemlərinin alınmasıyla bağlı müqaviləyə imza atıb.

24news.ge xəbər verir ki, bu məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb.

Nazirlik imzalanan müqavilənin vacibliyini və bu hava hücumundan müdafiə sisteminin Gürcüstan hava məkanının təhlükəsizliyinin qarantı olduğunu bəyan edib.

Qeyd edək ki, bundan öncə Fransa Gürcüstana VL Mika sistemlərini təklif edib. Təklifi Fransa Xarici İşlər naziri Jav İv Lö Drian irəli sürüb.

Xatırladaq ki, bir müddət öncə Fransanın eyni sistemləri Azərbaycana da satacağı barədə məlumat yayılıb.
Oxşar xəbərlər
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31