Orta hesabla Yəməndə hər həftə 123 dinc sakin öldürülüb
Mьəllif: admin1
Tarix: 9-12-2018, 10:30
Bцlmə: Xəbərlər
Orta hesabla Yəməndə hər həftə 123 dinc sakin öldürülüb
2018-ci ilin avqust – oktyabr ayları ərzində Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü nəticəsində 1500 yəmənli şəhid olub.

Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Yəməndə Birləşmiş Millətlər Təşkilatının (BMT) qaçqınlar üzrə ali komissarlığının sözçüsü Şabia Mantoo deyib.

Ş.Mantoo bildirib ki, orta hesabla Yəməndə hər həftə 123 dinc sakin öldürülüb.

Sözçü 3 aylıq dövrdə meydana gələn 670 silahlı zorakılıq hadisəsinin 1478 adamın ölümünə və yaralanmasına səbəb olduğunu qeyd edərək, bu dövrdə həyatını itirənlərin 33 faizinin uşaq və qadınlar olduğunu vurğulayıb.

Yəməndə evlər və xəstəxanalar amansız hücumlara məruz qalır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, ötən üç ayda həyatını itirənlər və yaralananların 23 faizi öz evlərində hücumlara məruz qalıb.

Qeyd edək ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.

Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb. Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir. 8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031