Ali dini rəhbər: “ABŞ-ın İrana qarşı planı ifşa oldu”
Mьəllif: admin1
Tarix: 12-12-2018, 20:02
Bцlmə: Xəbərlər
Ali dini rəhbər: “ABŞ-ın İrana qarşı planı ifşa oldu”
Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei bu gün səhər saatlarında Müqəddəs müdafiə (8 illik İran-İraq müharibəsi) şəhid ailələri ilə birlikdə, Müqəddəs hərəm müdafiəçiləri şəhid ailələrini qəbul edib.

Deyerler.org Mehrə istinadən xəbər verir ki, Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei görüşdəki çıxışından bəzi hissələri təqdim edirik:

“İnqilabçı mömin gənclərin imanı ilə əzmi baş verən hadisələr qarşısında bizi dağ kimi qoruyur.

Bəziləri İnqilab yolundan döndülər. İnqilab prinsiplərindən qopanlar var. İlk dövr İslam tarixində də vəziyyət belə idi. Amma bunların yanında İslam İnqilab mövzusunda xeyli sayda fidanın cücərməsinin şahidi olduq.

40 il sonra indi də İmam Xomeyni ilə Müqəddəs müdafiə dövrünün şahidi olmayan mömin gənclərin böyük istək, cəsarət və inqilabçı duyğuları ilə Şəhid Həmmət və Harrazi kimi meydana qaçdıqlarını görürük. Bunlar güclü və çalışqan ruhunu yenidən canlandıran İslam İnqilabı ilə nizamın möcüzəsidir.

Bu gənclər ölkə ilə İslam inqilabının dirəyi və qürur mənbəyidir.

Bu günki Amerika dövlət adamlarına baxın. Dünyada sərvət hərisliyi, insanlara edilən zülm və haqsızlığa baxın. Buna Yəmən bir nümunədir. Burada Səudiyyə rejimi tərəfindən cinayətlər edilir, ancaq bu cinayətlərin ortağı ABŞ-dır. Bunu özü də qəbul edir. Xəstəxanalar, bazar yerləri və izdiham nöqtələrini hədəfə aldıqlarını deyirlər. Bu ABŞ-ın əsl simasıdır.

ABŞ-ın İrana qarşı planı ifşa oldu. Onların əlində İranı zədələyəcək heç bir plan yoxdur. Əllərindən gələn hər şeyi etdilər.

Amerikanın planı sanksiyalar və təhlükəsizlik əleyhinə fəaliyyətlər vasitəsilə ölkədə qarşıdurma, vətəndaş müharibələri və problem yaratmaq idi. Bu istiqamətdə çox çalışdılar.

Pis niyyətli düşmən olan ABŞ, sionistlər və regiondakı bəzi radikal dövlətlərlə eyni cərgədə dururlar. Növbəti il üçün də pis planlar edə bilərlər. Buna görə də, çox diqqətli olmalıyıq.

Səudiyyəlilər Yəmənə qısa bir müddətdə hakim ola biləcəklərini düşünmüşdülər, ancaq bu günə qədər bir şey edə bilmədilər, vaxt keçdikcə daha ağır zərbələrə məruz qalacaqlar.

Harameyni-Şərifeynin xidmətçiləri kafirlərə qarşı çox şiddətli olmalıdırlar, Yəmən və Bəhreyn xalqı ilə möminlərinə qarşı yox”.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031