Fələstinin İslami Cihad hərəkatının baş katibi Seyid Həsən Nasrullahla görüşdü
Fələstinin İslami Cihad hərəkatının baş katibi Ziyad Nohalənin başçılıq etdiyi heyət Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah ilə görüşüb.
Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Əl-Mənar telekanalı verdiyi xəbərində, tərəflərin region, Fələstin və xüsusilə Qəzzadakı prosesləri müzakirə etdiyi bildirilib. Seyid Həsən Nəsrullah və Z.Nohalə görüşdə, həmçinin Livan müqavimət cəbhəsi və başda Hizbullah və İslami Cihad olmaqla fələstinli qruplar arasındakı qardaşlıq əlaqələrinə vurğu ediblər. Seyid Həsən Nəsrullah sonuncu iclasda İslami Cihad hərəkatının yeni liderlik heyətinin seçilməsini də təbrik edib. İslami Cihad hərəkatı 28 sentyabr 2018-ci ildə verdiyi açıqlamasında bu hərəkatın Ramazan Abdullahın yerinə yeni baş katib olaraq Z.Nohaləni seçdiyini bildirmişdi. 65 yaşlı Z.Nohalə Fələstin İslami Cihad hərəkatının təsisçilərindən biri kimi, dəfələrlə İsrail rejimi tərəfindən həbs olunub. O, həmçinin İslami Cihad hərəkatının Livandakı nümayəndəsi və hərəkatın baş katibinin müavini olub. Oxşar xəbərlər
|