Rusiya: “Mattisin istefası ABŞ qüvvələrinin Suriyadan çıxması ilə əlaqədardır”
Mьəllif: admin1
Tarix: 21-12-2018, 20:04
Bцlmə: Xəbərlər
Rusiya: “Mattisin istefası ABŞ qüvvələrinin Suriyadan çıxması ilə əlaqədardır”
Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov ABŞ-ın müdafiə naziri Ceyms Mattisin vəzifəsindən istefa etməsinin Vaşinqtonun Suriyadakı qüvvələrini çıxarması qərarı ilə birbaşa əlaqəsinin olduğunu deyib.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, jurnalistlərə açıqlama verən Boqdanov, ABŞ-ın Suriyadakı qüvvələrini çıxarmasının nəticələrinə dair verilən bir suala belə cavab verib: “Bu qərarın necə yerinə yetiriləcəyinə baxmaq lazımdır.

ABŞ-ın Suriyada qüvvələrinin olması onsuz da qeyri-qanuni idi. Onları Suriyaya heç kəs çağırmamışdı. Hələlik (ABŞ-ın prezidenti Donald) Trampın bu qərarının nəticəsi müdafiə naziri Ceyms Mattisin vəzifədən getməsi oldu”.

Boqdanov Fəratın şərqindəki kürdlərin vəziyyəti ilə bağlı verilən suala isə belə cavab verib: “Hipotetik sxemlər yaratmaq istəmirəm. Çünki türklərlə və hətta amerikalılarla Suriyanın müstəqilliyi və ərazi bütövlüyünə hörmət etməyin tərəfdarıyıq”.

Suriya konstitusiyası komissiyası üzvlərinin siyahısının ən yaxın müddətdə formalaşdırılacağını bildirən Boqdanov, komissiyanın işinə 2019-cu ilin əvvəlində başlayacağını söyləyib.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031